
“İnter Mayami”nin və Argentina millisinin hücumçusu Lionel Messi bu ilin sonunda peşəkar futboldan ayrıla bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Footyheadlines” portalı məlumat yayıb.
Məlumata görə, 39 yaşlı Messi 2026-cı ildən sonra təqaüdə çıxmağı düşünür. Lakin bu, yalnız Messinin nəzərdən keçirdiyi bir variantdır.
Qeyd edək ki, Messi 6-7 oktyabr gecəsi Argentinanın heyətində milli komanda ilə Beninə qarşı vida oyununa çıxacaq.
Xatırladaq ki, Amerikanın “İnter” klubuna keçməzdən əvvəl Messi Fransanın “Pari Sen Jermen” və İspaniyanın “Barselona” klublarında oynayıb, onlarla birlikdə dörd dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Super Kubokunu və Klublararası Dünya Kubokunu qazanıb.
Tətbiqimizi yükləyə bilərsiniz