Ermənistanda benzinin qiyməti rekord səviyyəyə çatdı


Ermənistanda benzinin qiyməti tarixi maksimuma çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CaspianPost” nəşri məlumat yayıb.
Məlumata görə, Aİ-92 benzininin bir litri 600 dramdır (təxminən 1,65 dollar), Aİ-95 isə 620 dram (təxminən 1,70 dollar) olub.
Dizel yanacağının qiyməti isə 710 dram (təxminən 1,95 dollar) təşkil edib.
İqtisadçılar və sənaye mütəxəssisləri yanacağın qiymətlərinin bu kəskin artımını beynəlxalq bazarda enerji təchizatı və təlabatındakı dalğalanmalarla əlaqələndirirlər.

DİGƏR XƏBƏRLƏR

Top