Aİ Tatarıstan rəhbərinə sanksiya tətbiq etdi


Avropa İttifaqı (Aİ) Tatarıstan rəhbəri Rüstəm Minnixanova qarşı sanksiyalar tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, Aİ Şurası bu barədə qərar qəbul edib.
Sənəddə deyilir ki, məhdudlaşdırıcı tədbirlərin tətbiq olunduğu şəxslərin, təşkilatların və orqanların siyahısına 10 fiziki və 17 hüquqi şəxs əlavə edilib.  
Aİ Şurasının məlumatına görə, məhdudiyyətlər Ukraynadakı münaqişə zonasından uşaqların təxliyəsi ilə bağlıdır.
Belə ki, Minnixanov onların Tatarıstandakı uşaq düşərgələrinə köçürülməsində iştirak edib.
Qeyd edək ki, 2023-cü ildə Minnixanov Rusiyanın müdafiəsi naminə gördüyü işlərə görə ABŞ Maliyyə Nazirliyinin yenilənmiş sanksiya siyahısına əlavə edilib. Onun həyat yoldaşı Gülsin Minnixanova da sanksiyalara məruz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top