
Xəbər verdiyimiz kimi, Hacıbaba Adil oğlu Babayev Gədəbəy Rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunub.
Yeniavaz.com yeni icra başçısnın dosyesini təqdim edir.
Hacıbaba Adil oğlu Babayev 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub.
1996-cı ildə N.Rəfiyev adına Naxçıvan Şəhər Kənd Təsərrüfatı Texnikumunu Mühasibat uçotu ixtisası üzrə bitirib. 1996-2000-ci illərdə “Odlar Yurdu” Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb, 2000-2002-ci illərdə həmin universitetin magistratura pilləsini, 2009-2013-cü illərdə Naxçıvan Dövlət Universitetini “iqtisadiyyatı tənzimlənməsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirişb. 2002-2003-cü illərdə müddətli həqiqi hərbi xidmət keçib.
Əmək fəaliyyətinə 2004-cü ildən Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində başlayıb. 26 yanvar 2022-ci il tarixinədək həmin şöbənin baş məsləhətçisi vəzifəsində işləyib.
2022-ci ildə aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Eyni ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində və daha sonra başçının birinci müavini vəzifəsinə təyin olunub.
Ailəlidir, iki övladı var.
Tətbiqimizi yükləyə bilərsiniz