
ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə (Sİ) bağlı bəyanatla çıxış edəcək.
Yeniavaz.com xəbər verir ki, dövlət başçısı bu barədə İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərlə söhbətində bildirib.
Jurnalistər Trampdan bunun nə ilə bağlı olacağını soruşublar.
“Bildiyiniz kimi, “Anthropic” rəhbəri ilə görüşüm var. Bu, çox vacib görüş olacaq. Bu gecə “Anthropic” rəhbəri Dario Amodei ilə şam yeməyi yeyəcəyəm. Bildiyiniz kimi, “Anthropic” çox hörmətli bir şirkətdir. Dario Amodei onu idarə edir”, - deyə Amerika lideri bildirib.
Digər tərəfdən, Ağ Ev Amerika liderinin cədvəlini elan edib və orada onun Bakı vaxtı ilə saat 22:00-da bəyanat verəcəyi bildirilib.
Qeyd edək ki, Amodei bundan əvvəl süni intellekt texnologiyalarının nəzarətsiz qalacağı təqdirdə, bütövlükdə bəşəriyyət üçün təhlükə yarada biləcəyi barədə xəbərdarlıq etmişdi. O, “Anthropic”in "istənilən süni intellekt texnologiyasının təhlükəsizliyini təmin etmək üçün süni intellekt inkişafının sürətini lazım olduğu qədər azaltmağa hazır olduğunu bildirmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz