Dollar yenidən bahalandı: Sabah 2 manata satılacaq

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib. Verilən məlumata görə, hərracda manatın orta çəkili məzənnəsi 1,92 səviyyəsində formalaşıb. Qeyd edək ki, dünən - yanvarın 30-da USD/AZN rəsmi məzənnəsi 1,9165 manat təşkil edib və banklar dolları 1,97-1,99 manatdan satıblar. Bu isə o deməkdir ki, dollar sabah banklarda 2 manatdan baha satılacaq.

DİGƏR XƏBƏRLƏR

Top