
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində SOCAR ilə İtaliya Futbol Federasiyası arasında Strateji Əməkdaşlığa dair Müqavilə imzalanıb.
Yeniavaz.com xəbər verir ki, sənədə əsasən, SOCAR 1 yanvar 2027-ci il tarixindən 31 dekabr 2030-cu il tarixinədək dörd il müddətinə İtaliyanın kişilərdən və qadınlardan ibarət milli futbol komandalarının “Baş Qlobal Enerji Sponsoru” olacaq.
“Tərəfdaşlığın 2032-ci ilədək əlavə iki il uzadılması imkanı da nəzərdə tutulur.
Bu tərəfdaşlıq SOCAR-ın İtaliyada uzunmüddətli fəaliyyətə verdiyi önəmin göstəricisi olmaqla yanaşı, şirkətin ənənələri, eləcə də nailiyyətləri ilə bütün dünyada tanınan İtaliya futbolunun gələcək inkişafına töhfə vermək niyyətini nümayiş etdirir”, - şirkətin yaydığı məlumatda bildirilir.
Tətbiqimizi yükləyə bilərsiniz