Gürcüstanda Azərbaycan vətəndaşından külli miqdarda narkotika aşkar edilib

Gürcüstan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, böyük həcmdə narkotik mallar saxlamasında günahkar bilinən Azərbaycan vətəndaşı həbs edilib. "Yeniavaz.com"un sputnik-georgia.ru saytına istinadən yaydığı məlumata görə azərbaycanlının yaşadığı evdə axatrış zamanı tərkibində narkotika olan 727 həb və 52 plastinka aşkar edilib. Ekspertiza zamanı Azərbaycan vətəndaşının narkotik maddələrin güclü təsiri altında olduğu üzə çıxıb. Gürcüstan qanunlarına görə qeyri-qanuni yollarla böyük həcmdə narkotik maddələrin əldə edilməsi, onların analoqlarının saxlanılması və daşınmasına görə 8 ildən 20 ilə kimi azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

DİGƏR XƏBƏRLƏR

Top