
ABŞ Prezidenti Donald Trampın İranın sülh təklifini rədd etməsi və hərbi əməliyyatların bərpa edilə biləcəyi ilə bağlı açıqlamaları enerji bazarlarında qiymət artımına səbəb olub.
Yeniavaz.com xəbər verir ki, sentyabrın 28-də Brent markalı neftin qiyməti 3 faizdən çox artaraq 107 dolları keçib. WTI markalı neft isə 94-95 dollar ətrafında satılıb.
“Reuters”in məlumatına görə, artımın əsas səbəblərindən biri ABŞ-İran danışıqları ilə bağlı qeyri-müəyyənlik və Hörmüz boğazında neft daşımalarına dair risklərdir.
Qeyd edək ki, neft bazarındakı bahalaşma region ölkələrində yanacağın qiymətlərinə də təsir göstərib.
Qonşu Gürcüstanda son həftələrdə benzin və dizelin qiyməti yüksəlib. Hazırda müxtəlif yanacaqdoldurma məntəqələrində super benzinin litri təxminən 4,4-4,6 lari (1,69-1,76 dollar), premium benzinin litri 4-4,2 lari (1,53-1,61 dollar), adi benzinin litri isə 3,8-3,9 lari (1,46-1,49 dollar) civarındadır. Dizelin qiyməti isə bəzi şəbəkələrdə 4,7-4,9 lariyə (1,80-1,88 dollar) çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz