Ağsuda dağlıq ərazidə yanğın başlayıb – Video


Ağsu rayonu, Kalva kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Əlavə məlumat veriləcək”, - FHN-dən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top