
Sentyabrın 27-də axşam radələrində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
“Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.
Dövlət başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz