Fransada bəzi siqaretlər qadağan ediləcək

“Vogue”, “Fine”, “Allure” və “Corset” daxil olmaqla bəzi məşhur siqaret markaları Fransada qadağan ediləcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Fransanın Sosial Məsələlər və Səhiyyə Nazirliyinin yeni göstərişində deyilir. Bununla belə, nazirlik məhsulun üzərindən tam xətt çəkmir, yalnız adın dəyişdirilməsini tələb edir. Qadağa, “Caf creme”, “Paradiso” və “Punch” kimi bəzi siqar və siqarillərə də şamil ediləcək. Qadağanın məğzi ondan ibarətdir ki, bəzi adlar istehlakçılarda siqaret çəkməyin nüfuzlu olması hissini yaradır. Müəyyən markalı siqaretin adınən hər hansı bir moda jurnalının adı ilə uyğun gəlməsi də siqaret çəkənlərdə müsbət assosiasiyalar yaradır.

DİGƏR XƏBƏRLƏR

Top