
İsrailin Baş naziri Benyamin Netanyahu Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gözlənilmədən səfər edib və ölkə prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası “Kan” məlumat yayıb.
Bildirilib ki, Baş nazir israilli iş adamına məxsus şəxsi biznes təyyarəsi ilə uçub:
“Bu, Netanyahunun İranla müharibə zamanı Əbu-Dabiyə əvvəlki səfəri zamanı istifadə etdiyi təyyarə ilə eynidir”.
Bildirilir ki, görüş “Haaretz” qəzetinin yaydığı məlumatın fonunda baş tutub. Həmin məlumata görə, guya Netanyahu 2023-cü il oktyabrın 7-dən əvvəl BƏƏ prezidentindən telefon vasitəsilə HƏMAS-ın hazırladığı hücumla bağlı xəbərdarlıq alıb. Lakin qəzetin versiyasına görə, İsrailin baş naziri bu məlumatı xüsusi xidmət orqanlarına çatdırmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz