Rusiyada qar və yağışa görə vergi tətbiq edildi

Rusiyada qar və yağışın yağmasına görə vergi tətbiq edilib. “Yeniavaz.com”un “Ren.tv”yə istinadən verdiyi məlumata görə, Rusiyanın Yəhudi Muxtar Dairəsində yağış və qar formasında yağıntıların düşməsinə görə vergi tətbiq edilib. Belə ki, “Vodokanal” bələdiyyə unitar müəssisəsi yağış və qar nəticəsində yaranmış suyun çəkilib vurulmasına görə pul toplayacaq. Müəssisədən bildiriblər ki, yağış və qara görə ödənişlər məcburi tədbirdir: “Bu, müəssisəni böhrandan çıxarmaq və müflislikdən qorumaq imkanıdır”. Qeyd edilir ki, hazırda müəssisə 3 milyon tondan çox nəzərdə tutulmayan su çəkir və buna görə xeyli maddi ziyana uğrayır.

DİGƏR XƏBƏRLƏR

Top