Ukraynanın tələbinə əsasən ATƏT-in təcili toplantısı keçiriləcək

Avdeyevka ətrafında vəziyyətin kəskinləşməsi ilə əlaqədar Ukraynanın tələbinə əsasən ATƏT Daimi Şurası bu gün Moskva vaxtı ilə saat 18-də təcili toplantısını keçirəcək. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, toplantıda ATƏT-ə üzv 57 ölkə Avdeyevka ətrafındakı vəziyyəti müzakirə edərək müvafiq qərar qəbul edəcək. Öz növbəsində Ukrayna Donetsk ətrafındakı Avdeyevkada vəziyyətin kəskinləşməsi və şəhərin güclü şəkildə atəşə tutulması nəticəsində əhalinin susuz, işıqsız və qazsız qaldığını bildirib. Vəziyyətin ağırlığını nəzərə alan Ukrayna Avdeyevkada fövqəladə vəziyyət elan edib. Buna paralel olaraq əhaliyə işıq, qaz və su verilməsini bərpa etmək mümkün olmayacağı təqdirdə onların şəhərdən köçürülməsi planlaşdırılıb. Öz növbəsində Rusiya Avdeyevka ətrafında vəziyyətin gərginləşdirilməsində Ukraynanı günahkar hesab etdiyini bəyan edib.

DİGƏR XƏBƏRLƏR

Top