
Bu ilin ilk 7 ayında Azərbaycana xarici ölkələrdən 274 milyon 461 min dollar dəyərində 610 min 60 ədəd smartfon gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan smartfonların bir ədədinin orta gömrük dəyəri təxminən 450 dollar (765 manat) təşkil edib.
Azərbaycana smartfonlar ən çox Çindən gətirilib. Bu ölkədən Azərbaycana yanvar-iyul aylarında 433 min 399 ədəd smartfon idxal olunub. Çindən gətirilən smartfonların ümumi dəyəri 203 milyon 919,09 min dollar, bir ədədinin orta gömrük dəyəri isə 471 dollar (800 manat) olub.
İkinci böyük idxal mənbəyi Vyetnam olub. Bu ölkədən 160 min 432 ədəd smartfon idxal edilib. Vyetnamdan gətirilən bir smartfonun orta gömrük dəyəri 370 dollar (629 manat) təşkil edib.
Hindistandan isə 15 min 897 ədəd smartfon gətirilib. Bu ölkədən idxal olunan bir smartfonun orta gömrük dəyəri 687 dollar (1 168 manat) olub.
Bu ilin yanvar-iyul aylarında idxal edilən smartfonların ölkələr üzrə miqdarı və bir ədədinin orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Çin – 433 399 ədəd (471 dollar);
Vyetnam – 160 432 ədəd (370 dollar);
Hindistan – 15 897 ədəd (687 dollar);
Tailand – 199 ədəd (1 021 dollar);
İndoneziya – 96 ədəd (495 dollar);
Koreya – 32 ədəd (874 dollar);
Yaponiya – 2 ədəd (810 dollar);
Birləşmiş Ərəb Əmirlikləri – 2 ədəd (595 dollar);
Tayvan (Çinin əyaləti) – 1 ədəd (2 440 dollar).
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz