NATO və Ukrayna Qara dənizdə birgə hərbi təlimlərə başlayırılar

Fevralın 1-də NATO üzvü olan 7 ölkə ilə Ukrayna birgə Qara dənizdə "Dəniz qalxanı-2017" hərbi təlimlərinə başlayacaqlar. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hərbi dəniz təlimlərində, Türkiyə, ABŞ, Bolqarıstan, Rumıniya, Yunanıstan, Kanada, İspaniya və Ukraynadan olan 2800 nəfər hərbçi iştirak edəcək. Hərbi təlimlər Qara dənizdəki 80 min kavadrat kilometrlik ərazini əhatə edəcək. Birgə təlimlərə həmçinin 16 hərbi gəmi, 10 qırıcı-bombardmançı təyyarə də cəlb olunacaq. Təlimlər zamanı düşmənin yeraltı və yerüstü hədəflərinin məhv edilməsi və onlardan gələ biləcək təhlükələrin aradan qaldırılması taktikası sınaqdan çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top