Pakistanda növbəti terror – 10-dan çox ölən var


Pakistanın şimal-qərbindəki Dera İsmayıl Xan rayonunun Darazinda kəndi yaxınlığında törədilən partlayış nəticəsində 11 nəfər ölüb, 30 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” agentliyi Pakistan fövqəaldə hallar xidmətlərinə istinadla məlumat yayıb.
Məlumata görə, partlayış polis nəzarət-buraxılış məntəqəsinin yaxınlığında baş verib.
Partlayışın minik avtomobilinə yerləşdirilmiş patlayıcı qurğunu işə salan kamikadze-terrorçu tərəfindən törədildiyi bildirilir.
Hücuma görə məsuliyyəti “Təhrik-e-Taliban Pakistan” (terrorçu təşkilat kimi tanınır) öz üzərinə götürüb.
Zərərçəkənlərə tibbi yardım göstərilib, daha sonra onlar xəstəxanaya aparılıblar.
Qeyd edək ki, sentyabrın 18-də Pakistanın şimal-qərbindəki Xayber Paxtunxva əyalətinin Kohat şəhərində məscid yaxınlığında baş verən partlayış nəticəsində ən azı 16 nəfərin ölmüş, ən azı 50 nəfər yaralanmışdı.

DİGƏR XƏBƏRLƏR

Top