
İsrail və ABŞ tərəfindən İrana qarşı hərbi əməliyyatların başlamasından bəri yaralanan amerikalı hərbçilərin ümumi sayı 861 nəfərə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Pentaqonun son hesabatında öz əksini tapıb.
Məlumata görə, fevral ayının sonlarında İrana qarşı başlayan Amerikanın “Epik Qəzəb” əməliyyatı zamanı 418 ABŞ hərbçisi yaralanıb, 14 ABŞ hərbçisi isə həlak olub.
ABŞ rəsmiləri əməliyyatın mayın 5-də başa çatdığını elan ediblər.
Bundan əlavə, Pentaqon 7 iyuldan bu günə qədər xaricdəki əməliyyatlar zamanı baş verən itkilərin ayrıca hesablamasını aparıb. Dərc olunmuş məlumatlara görə, 443 ABŞ hərbçisi yaralanıb, beş ABŞ hərbçisi həlak olub.
Ancaq həlak olanların dəqiq yerləri göstərilməyib.
Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin 8 iyul gecəsi ABŞ Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək, İrana qarşı genişmiqyaslı hücumları bərpa edib.
Tətbiqimizi yükləyə bilərsiniz