Corc Rassell ilk dəfə Azərbaycan Qran-prisinin qalibi oldu


Bakıda keçirilən “Formula 1” üzrə Azərbaycan Qran-prisinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, “Mersedes” komandasının pilotu Corc Rassell bütün rəqiblərini geridə qoyub.
O, 51 dövrəlik mübarizənin yekununda qalib gəlib. Beləliklə, Rassell karyerasında ilk dəfə Bakıdakı yarışda titula sahib olub.
“Red Bull” komandasından Maks Ferstappen ikinci, yenə onun komandasından İsak Hacar isə üçüncü olub.

DİGƏR XƏBƏRLƏR

Top