
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.
Yeniavaz.com xəbər verir ki, söhbət zamanı hər il olduğu kimi, bu dəfə də paytaxtımızda “Formula 1” yarışlarının yüksək səviyyədə təşkil edildiyi qeyd olunub.
Azərbaycanın turizm potensialının təbliği baxımından bu yarışların əhəmiyyəti vurğulanıb.
Görüşdə Beynəlxalq Avtomobil Federasiyasının Azərbaycan Avtomobil Federasiyası və klublarla əməkdaşlığından məmnunluq ifadə edilib, tərəfdaşlığın perspektivləri müzakirə olunub.


Tətbiqimizi yükləyə bilərsiniz