Həyatımızı saatlarla məhdudlaşdırmayaq!


Yəqin ki, bu problem sizə də tanışdır. Xüsusilə də, kişilərin işdən yorğun gəlmələri və yorğun gəldikləri üçün də həyat yoldaşları ilə bağlı məsələləri ikinci plana keçirmələri evliliyə zərbə vuran əsas amillərdəndir. Halbuki evlilikdə saat deyilən bir şey yoxdur.
“Bu saatdan bu saata qədər danışmaq olar”, ya da “Bu saatdan bu saata qədər danışmaq olmaz” prinsipi problemləri dərinləşdirməkdən başqa bir şey deyil.
Evlilik lazım gəldikdə tərəflərin 24 saat bir-birilərinə istər maddi, istərsə də mənəvi yardım göstərmələri deməkdir. Əlbəttə, bu, heç də o demək deyil ki, tərəflər 24 saat bir yerdə olmalıdırlar. Əsas məsələ tərəflərin bir-birilərinə ehtiyacları olduqda bu ehtiyaclara cavab vermələridir. Məsələn, tərəflərdən biri gecə saat 3-də həyat yoldaşına hər hansı problemini ifadə etmək ehtiyacı hiss edirsə, qarşı tərəf bu ehtiyacı təbii qəbul etməlidir. Və ya bir tərəf həyat yoldaşına günün müəyyən saatlarında telefonla danışmaq üçün vaxt ayırmasını istəyirsə, qarşı tərəf bunu ondan əsigəməməlidir. Çünki bu cür addımlar qarşı tərəfə “Sən mənim üçün qiymətlisən” mesajını vermək baxımından da çox əhəmiyyətlidir.
Bir də unutmayın ki, həyat yoldaşınıza ayırdığınız hər dəiqiqə, əslində ailə səadətinizə ayırdığınız dəqiqə deməkdir. 

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top