
Tehran Hörmüz boğazından gəmiçiliyin bərpası üçün Qətər vasitəsilə ABŞ-yə yeddi günlük plan təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə bildirib.
“İran Qətər vasitəsilə ABŞ-yə yeddi günlük aydın plan təqdim edib. Lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal gəmiçilik bərpa olunacaq. Seçim ABŞ-nin ixtiyarındadır”, - o, qeyd edib.
Əraqçinin sözlərinə görə, yeddi günlük müddət ABŞ-nin bu planı qəbul etdiyi andan başlayacaq. Bu planda ABŞ-nin görməli olduğu konkret tədbirlər var.
“Biz inanırıq ki, onlar dörd-beş gün ərzində həyata keçirilə bilər. Altıncı gün boğaz açılacaq və yeddinci gün ABŞ ilə yekun razılaşma üzrə danışıqlar başlayacaq”, - İran XİN rəhbəri qeyd edib.
Əraqçi həmçinin qeyd edib ki, ABŞ-nin görməli olduğu tədbirlər yeni deyil; onlar artıq anlaşma memorandumunda göstərilib.
Tətbiqimizi yükləyə bilərsiniz