Pezeşkian Trampla görüşünün şərtlərini açıqladı


İran Prezidenti Məsud Pezeşkian onunla ABŞ Prezidenti Donald Tramp arasında görüşün keçirilməsi üçün şərtlərdən birinin ABŞ-nin İranda güc yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində olmadığını nümayiş etdirməsi olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu “CBS” telekanalına verdiyi müsahibədə qeyd edib.  
“İlk növbədə bu müharibənin yaratdığı etimadsızlığı aradan qaldırmalıyıq. İmzaladığımız müqaviləyə uyğun hərəkət etməliyik. ABŞ nə hökumətimizi, nə də administrasiyamızı devirmək niyyətində olmadığını nümayiş etdirməlidir”, - deyə Pezeşkian Trampla görüşün mümkünlüyü ilə bağlı suala cavab olaraq bildirib.
Pezeşkian mövcud etimadsızlığın aradan qaldırılmasının asan olmayacağını əlavə edib.  
"Özünüzü bizim yerimizə qoyun. Təsəvvür edin ki, kimsə gəlib ali liderinizi öldürür. Sonra razılaşdırılmış hər şeyi yerinə yetirmir. Reaksiyanız necə olar? Bu, asanlıqla həll edilə biləcək bir şey deyil”, - İran Prezidenti bildirib.
Qeyd edək ki, Tarmp bundan əvvəl Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bu cür təmasların mümkünlüyünü irəli sürmüş, lakin onların baş verməsi ilə bağlı heç bir məlumat verməmişdi.

DİGƏR XƏBƏRLƏR

Top