Putin: Saakaşvilinin qubernatorluğu Ukrayna xalqı üçün təhqir idi

Mixail Saakaşvilinin qubernatorluğu odessalılar və bütün Ukrayna xalqı üçün təhqir idi. “Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib. V. Putinin sözlərinə gör, bu, odessalılar və Ukrayna xalqı üçün tüpürük, təhqirdir: “Ona hətta ABŞ-da iş vizası vermədilər. Onu işə düzəltməyə çalışdıqları universitetlərdə daimi işə götürmək istəmədilər. Deməli Odessa qubernatoru səlahiyyətlərini icra edə bilməz. Məgər bu işi görücək peşəkar, abırlı və qabiliyyətli ukraynalı yoxdur?”.

DİGƏR XƏBƏRLƏR

Top