“Yeni pandemiya qaçılmazdır” – ÜST rəhbəri xəbərdarlıq etdi


Yeni tənəffüs yolu patogeninin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə edilə bilən nəticələrə səbəb ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
“Gecələr mənim yuxumu qaçıran təhlükələrdən biri də yeni tənəffüs yolu patogeninin ortaya çıxmasıdır. Və bu da öz növbəsində COVID-in yaratdığı nəticələrlə eyni nəticələrə səbəb ola bilər”, - o, qeyd edib.
Qebreyesusun sözlərinə görə, yeni bir pandemiya qaçılmazdır; bu, sadəcə olaraq zaman məsələsidir.
“Növbəti pandemiya “əgər” deyil, “nə vaxt” məsələsidir”, - ÜST rəhbəri qeyd edib.
O, həmçinin qeyd edib ki, Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası bir epidemiyanın hər yerdə, istənilən vaxt başlaya biləcəyini və təkcə bu ölkə üçün deyil, həm də qonşu ölkələr və ümumilikdə dünya üçün təhlükə yarada biləcəyini göstərir.

DİGƏR XƏBƏRLƏR

Top