
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən görüşdə ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadla məlumat yayıb.
“Tramp keçmişdəki imtinalara baxmayaraq, ABŞ Rusiya-Ukrayna danışıqlarını bərpa etməyə çalışdığı bir vaxtda Volodimir Zelenskini Moskvaya səfər edərək Vladimir Putinlə görüşməyə çağırıb”, - məlumatda bildirilib.
Agentliyin mənbələrinə görə, Zelenski Amerika liderinin təklifini rədd edərək, Trampın bu məsələni qaldırmasından məyus olduğunu qeyd edib.
Qeyd edək ki, daha əvvəl Zelenski Trampın analoji təkliflərini dəfələrlə rədd edib.
Tətbiqimizi yükləyə bilərsiniz