Balakəndə həyətdə dərin boşluq aşkarlanıb - camaat nə olduğunu bilmir VİDEO

Balakən rayonunun Katex kənd sakini Əli Soltanov bir neçə gün öncə həyətində quyu aşkar edib. Yeniavaz.com xəbər verir ki, hələlik tam olaraq nə olduğu bilinməyən dərin, boşluq - quyu bölgə tarixinin öyrənilməsi baxımından yeni bir mərhələnin təməli ola bilər. Əli Soltanov yaşadığı evin zirzəmisini qazarkən də qədim insanların oturaq dəzgahını xatırladan ocaq yeri aşkar edib. Bu həyətdə və qonşu ərazilərdə İslamdan öncəyə aid olduğu guman edilən qədim qəbirlərə, küp və digər əşyaların qalıqlarına da tez-tez rast gəlinir.

8000 nəfər əhalisi olan Katex kəndinin yerləşdiyi ərazidə qədim, yüksək sivilizasiyalı yaşayış məskəninin olduğu bir çox tarixi abidə və tapıntılarla sübut edilib. Sakinin şəxsi müraciəti əsasında bu quyu isə yaxın zamanlarda tam olaraq tədqiq ediləcək.

Tarix elmləri üzrə fəlsəfə doktoru Akif Məmmədli isə Yeniavaz.com saytına açıqlamasında deyib: "İlkin ehtimallara görə, torpağın çökməsi nəticəsndə üzə çıxan bu boşluq qədim insanların ibadət yeri və yaxut yeraltı anbar ola bilər. Sözügedən ərazidə genişmiqyaslı tədqiqat məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya İnstitutuna müraciət ediləcək".

Ruslan Abdulov

Balaken

DİGƏR XƏBƏRLƏR

Top