
“The New York Times” qəzeti 21-ci əsrin ən yaxşı 100 teleserialının siyahısını tərtib edib.
Yeniavaz.com xəbər verir ki, bu siyahıya 1 yanvar 2000-ci ildən sonra yayımlanan layihələr daxil olub.
“Breaking Bad” serialı (2008–2013) siyahıda ilk yeri tutub.
“The Wire” (2002–2008) adlı cinayət dramı ikinci yerdə qərarlaşıb.
“Mad Men” (2007–2015) serialı isə ilk üçlüyü tamamlayıb.
İlk beşliyə “Succession” və “Fleabag” serilları daxil olub.
İlk onluqda həmçinin, “Game of Thrones”, “Veep”, “30 Rock”, “Curb Your Enthusiasm” və “Atlanta” serialları yer alıb.
Digər məşhur layihələrə “Office”,”"Americans”, “Chernobyl”, “The Crown”, “Black Mirror”, “Better Call Saul” və “Split” seriallarının Amerika versiyaları daxil olub.
Siyahıya “Pitt”, “Adolescent”, “Tricks”, “The Bear”, “Ted Lasso”, “Shogun” və “The Diplomat” kimi nisbətən yeni seriallar da daxil olub.
İlk 100-lüyü “Halt and Catch Fire”, “Community”, “The OA”, “Gilmore Girls” və “Scandal” serialları tamamlayıb.
Siyahının tərtibində aktyorlar, rejissorlar, ssenaristlər və digər peşəkarlar da daxil olmaqla 500-dən çox kino sənayesi nümayəndəsi iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz