U-21 millimiz Çexiya ilə heç-heçə etdi


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Yeniavaz.com
xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi komanda Bakıda Çexiya yığması ilə qarşılaşıb.
“Bank Respublika Arena”da baş tutan görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə hesabı qonaqların heyətində Filip Lissa açsa da, millimizin futbolçusu Eşqin Əhmədov bərabərlik qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, Azərbaycanın U-21 millisi B qrupunda növbəti oyunlarını sentyabrın 30-da səfərdə Şotlandiyaya, oktyabrın 6-da isə evdə Cəbəllütariqə qarşı keçirəcək.

DİGƏR XƏBƏRLƏR

Top