
ABŞ Prezidenti Donald Tramp noyabr ayında Çində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evdə Çin Prezidenti Si Cinpinlə görüşündə təsdiqləyib.
Si Cinpin çay mərasimində Donald Trampı və həyat yoldaşı Melaniya Trampı qarşıdan gələn APEC sammiti üçün Çinə səfərə dəvət etdiyini bildirib.
Tramp isə, “Çox sağ olun! Biz bunu edəcəyik. Və geniş danışıqlar aparacağıq”, - deyə cavab verib.
Qeyd edək ki, APEC sammiti bu il noyabrın 18-19-da Çinin Şençjen şəhərində baş tutacaq.
Tətbiqimizi yükləyə bilərsiniz