“Mançester Siti” Premyer Liqadan xaric edilə bilər – 100-dən çox ittiham var


İngiltərənin “Mançester Siti” futbol klubu maliyyə qaydalarının pozulması ilə bağlı demək olar ki, bütün ittihamlar üzrə təqsirli bilinib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalist Devid Ornşteyn “X” sosial şəbəkə səhifəsində məlumat verib.
Onun sözlərinə görə, “Mançester Siti” bu qərardan apellyasiya şikayəti verməyi planlaşdırır.
Ornşteyn kluba qarşı cəzaların hələ müəyyən edilmədiyini bildirib.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında “Mançester Siti” 2009/10 və 2017/18 mövsümləri arasında 115 maliyyə pozuntusunda ittiham olunub.
Mediada yayılan məlumatlara görə, pozuntulardan biri də ”Mançester Siti”nin Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) maliyyə qaydalarını pozaraq, 30 milyon funt sterlinq alması olub. Belə ki, klubun Əbu-Dabidə naməlum şəxsdən hər biri 15 milyon funt sterlinq olan iki ödəniş aldığı məlum olub. Ödənişlər 2012 və 2013-cü illərdə baş verib. Köçürmələr BƏƏ-yə məxsus “Etisalat” telekommunikasiya şirkətindən sponsorluq ödənişləri kimi təqdim edilib. Lakin UEFA əslində bunun "Mançester Siti” klubunun Əbu-Dabi sahiblərini “gizli maliyyələşdirməsi” olduğu və nəticədə, maliyyələşdirmənin UEFA qaydalarının pozulması olduğu qənaətinə gəlib.
Əgər ittihamlar öz təsdiqini taparsa, klub xalların silinməsi, klubun liqadan xaric edilməsi və titulların əlindən alınması da daxil olmaqla bir sıra ağır cəzalarla üzləşəcək.

DİGƏR XƏBƏRLƏR

Top