Bu ölkə İranla diplomatik əlaqələri kəsdi


Kolumbiya hökuməti İranla diplomatik münasibətləri kəsmək qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi “Facebook” sosial şəbəkə səhifəsində məlumat verib.
Məlumata görə, bu qərar İran hökumətinin ölkənin təhlükəsizliyini təhdid edən beynəlxalq terrorçu qruplar və digər narko-terror təşkilatları ilə əlaqələri olduğu iddiası nəzərə alınmaqla qəbul edilib.
Kolumbiya Xarici İşlər Nazirliyi həmçinin İranı insan hüquqlarının pozulmasında, Yaxın Şərq münaqişəsində iştirak etməyən ölkələrə qarşı hücumlarda və Hörmüz boğazının blokadasında ittiham edib.
Nazirliyin məlumatına görə, qərar sentyabrın 19-da qüvvəyə minib.

DİGƏR XƏBƏRLƏR

Top