Nazirlik həmin şirkətlə yenə müqavilə bağladı – İnsanlar xəsarət almışdı...


Gənclər və İdman Nazirliyi “Vata” MMC (VÖEN – 1307402011) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com
xəbər verir ki, nazirlik müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.
Müqavilənin şərtlərinə görə, nazirlik “Vata” MMC-dən qonaqlama, qidalanma, nəqliyyat və digər əlaqəli xidmətləri satın alacaq və qarşılığında 287 min 271 manat ödəyəcək.
Qeyd edək ki, “Vata” MMC 26 oktyabr 2021-ci ildə vergi qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Faiq Məhəmməd oğludur. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Tbilisi prospekti, ev 10, mənzil 5-də yerləşir.
Məlumat üçün bildirək ki, “Vata” MMC-nin adı bu ilin iyul ayında Göygöl rayonunda baş tutan 5-ci Milli Yaylaq Festivalında quraşdırılan taxta konstruksiyanın çökməsi və insanların xəsarət alması ilə nəticələnən hadisə ilə gündəmə gəlib. “Vata” MMC 5-ci Milli Yaylaq Festivalının təşkili və keçirilməsi üzrə xidmətləri həyata keçirib və bu məqsədlə Gənclər və İdman Nazirliyindən 215 min 255 manat 60 qəpik alıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top