Səudiyyə Ərəbistanı sakinləri də vergi ödəyəcəklər

Səudiyyə Ərəbistanı sakinləri üçün vergisiz həyat tezliklə keçmişdə qalacaq. “Yeniavaz.com”un “Vesti.ru”ya istinadən verdiyi məlumata görə, Səudiyyə hökuməti Beynəlxalq Valyuta Fondunun (BVF) təklif etdiyi əlavə dəyər vergisini tətbiqini məqbul sayıb. Beş faizlik vergi yığımı 2016-cı ilin iyununda əldə edilən Fars körfəzində Əməkdaşlıq Şurasının 6 ölkəsi ilə sazişə müvafiq olaraq müəyyən mallara tətbiq ediləcək. Enerji resurslarla zəngin olan regionun sakinləri artıq çoxdandır vergisiz həyatın və subsidiyalaşdırılmış yaşayışın nemətlərindən istifadə edirlər, lakin 2014-cü ildə xam neftin qiymətinin xeyli ucuzlaşması kütləvi ixtisaslara və yeni gəlirlərin aktiv axtarışına gətirib çıxardı. Ölkədə keçən ilin dövlət büdcəsinin kəsiri 97 milyard dollara çatıb ki, bu da rekord göstəricidir.

DİGƏR XƏBƏRLƏR

Top