
Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifəsindən azad edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasında bu gün Qərar qəbul edilib.
Qərara əsasən, Elxan Tarqulu oğlu Nəcəfov Naxçıvan MR təhsil naziri vəzifəsindən azad edilib.
Ali Məclisinin sessiyasında, həmçinin bu posta Ovni Mehbalı oğlu Muradovun təyin olunması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sentyabrın 24-də imzaladığı Sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.
Tətbiqimizi yükləyə bilərsiniz