ABŞ-də ən yüksək maaş alan CEO-lar – Mask 132 milyard dollarla birincidir


Ötən il ABŞ-nin iri şirkətlərinin rəhbərlərinə (CEO – Chief Executive Officer) verilən kompensasiya paketləri rekord səviyyələrə çatıb.
Yeniavaz.com
xəbər verir ki, “Equilar” və “The New York Times”ın araşdırmasına görə, ABŞ-də ən yüksək ödəniş alan 100 CEO üzrə 2025-ci ildə median kompensasiya 39,4 milyon dollar olub.
Bu, əvvəlki illə müqayisədə 35,8 faiz artım deməkdir.
Siyahının ilk pilləsində “Tesla” şirkətinin rəhbəri İlon Mask qərarlaşıb. Onun 2025-ci il üzrə kompensasiya paketinin ümumi dəyəri 132,3 milyard dollar təşkil edib.
Qeyd etmək lazımdır ki, bu məbləğ İlon Maska 2025-ci ildə nağd şəkildə ödənilən pul deyil. Əsas hissə uzunmüddətli səhm mükafatından ibarətdir və məbləğ səhmlərin verildiyi tarixdəki dəyər əsasında hesablanıb.
İkinci yerdə “Figma” şirkətinin rəhbəri Dilan Fild 864,4 milyon dollarlıq kompensasiya ilə qərarlaşıb. “Welltower” şirkətinin rəhbəri Şanx Mitra 821,1 milyon dollarla üçüncü, “Opendoor”un rəhbəri Kasra Nejatian isə 741,1 milyon dollarla dördüncü olub.
Siyahıda “Microsoft”un rəhbəri Satya Nadella 96,5 milyon dollar, “Apple”ın rəhbəri Tim Kuk isə 74 milyon dollarla yer alıb.
Araşdırmada bildirilir ki, CEO-ların kompensasiya paketlərində əsas payı səhm mükafatları təşkil edir. 2025-ci ildə siyahıdakı CEO-lar üzrə səhm mükafatlarının median dəyəri 28,4 milyon dollar olub və bu göstərici əvvəlki illə müqayisədə 44,6 faiz artıb.
2025-ci ildə ABŞ-də ən yüksək kompensasiya alan 25 CEO və onların rəhbərlik etdiyi şirkətlər aşağıdakı kimi olub:
İlon Mask – 132,3 milyard dollar (“Tesla”)
Dilan Fild – 864,4 milyon dollar (“Figma”)
Şanx Mitra – 821,1 milyon dollar (“Welltower”)
Kasra Nejatian – 741,1 milyon dollar (“Opendoor”)
Robert Skarinc – 402,6 milyon dollar (“Rivian”)
Niraj Şah – 280,8 milyon dollar (“Wayfair”)
Hok Tan – 205,3 milyon dollar (“Broadcom”)
Devid Zaslav – 165 milyon dollar (“Warner Bros. Discovery”)
Devid Solomon – 118,9 milyon dollar (“Goldman Sachs”)
Nikesh Arora – 99,7 milyon dollar (“Palo Alto Networks”)
Kristofer R. Britt – 99 milyon dollar (“Chime Financial”)
Satya Nadella – 96,5 milyon dollar (“Microsoft”)
Ceyn Freyzer – 95,8 milyon dollar (“Citigroup”)
Çarlz U. Şarf – 94,5 milyon dollar (“Wells Fargo”)
Lip-Bu Tan – 93 milyon dollar (“Intel”)
Robin A. Vins – 83,5 milyon dollar (“BNY Mellon”)
Mark D. Makleyn – 80 milyon dollar (“SailPoint”)
Mark N. Kesper – 79,8 milyon dollar (“Thermo Fisher Scientific”)
Aci S. Qopal – 77 milyon dollar (“Procore Technologies”)
Tim Kuk – 74,6 milyon dollar (“Apple”)
Qreqori K. Keys – 74 milyon dollar (“Aon”)
Con C. Plant – 71 milyon dollar (“Howmet Aerospace”)
Maykl P. Lyons – 70 milyon dollar (“Fiserv”)
Con D. Ren – 70 milyon dollar (“Omnicom Group”)
Maykl C. Arauqeti – 68 milyon dollar (“Ares Management”)


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top