Hərbçilər rütbələrə görə neçə yaşlarında pensiyaya çıxacaqlar? – Siyahı


Xəbər verdiyimiz kimi, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində bir sıra qanunlara edilən dəyişikliklərin müzakirəsi keçirilib.
Yeniavaz.com
xəbər verir ki,dəyişikliyə əsasən, hərbi qulluqçular üçün rütbə üzrə xidmətdə olmanın son yaş həddi həmin rütbə üzrə pensiya yaşı kimi müəyyən ediləcək.
Eyni zamanda, fərdi şəxsi hesabda qeydə alınan pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlaqəsi əsasında pensiya təyin olunacaq.
Məlumat üçün bildirək ki, hazırda qüvvədə olan qanuna görə hərbçilər üçün xidmətdə olmanın son yaş həddi aşağıdakı kimi müəyyən edilib:
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün – 31,5 yaş;
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün – 48 yaş;
Kiçik zabitlər üçün – 48 yaş;
Mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün – 48 yaş;
Polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün – 53 yaş;
General-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral – 58 yaş,
General-polkovnik, admiral rütbələrində – 63 yaş.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top