Türkiyə şirkəti Ermənistanda günəş panelləri quraşdıracaq

Türkiyənin "Multi Contact" şirkəti Ermənistanda günəş enerjisi ilə işləyən elektrik stansiyaları üçün avadanlıqlar tədarük etməyə hazırlaşır. "Yeniavaz.com" Ermənistanın "NEWS.am" saytına istinadən xəbər verir ki, bu barədə Türkiyə şirkətinin Yeravanda səfərdə olan nümayəndəsi Artun Stepan Sabçyan məlumat verib. "NEWS.am"a verdiyi açıqlamada Sabçyan bildirib ki, təmsil etdiyi şirkət Ermənistanda günəş panellərinin quraşdırılması üçün avadanlıqlar verəcək. O bildirib ki, Ermənistandan əvvəl onlar bəzi keçmiş sovet respublikalarına da avadanlıq satıblar.

DİGƏR XƏBƏRLƏR

Top