
Sentyabrın 22-də BMT Baş Assambleyası çərçivəsində ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü zamanı maraqlı hadisə yaşanıb.
Yeniavaz.com xəbər verir ki, görüş zamanı Tramp həmkarının əlini sıxdıqdan sonra, əllərini bir-birinə sıxmazdan əvvəl şəhadət və orta barmaqlarını açaraq aşağıya istiqamətləndirib.
Onun bu addımı sosial media istifadəçilərinin gözündən qaçmayıb və müzakirələrə səbəb olub.
Belə ki, bəziləri bunun rədd və ya məğlubiyyəti bildirən tərs çevrilmiş qələbə işarəsi olduğunu iddia edib. Bəziləri isə burada qeyri-adi hal olmadığını bildirir.
Görüntülərlə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Tətbiqimizi yükləyə bilərsiniz