Regiondakı vəziyyəti müzakirə etdilər


Pakistanın Baş naziri Şahbaz Şərif və İran Prezidenti Məsud Pezeşkyan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində son regional hadisələri müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Şahbaz Şərif sosial şəbəkə səhifəsində bildirib.
“Bu gün Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində əziz qardaşım, prezident Məsud Pezeşkianla görüşməkdən məmnun oldum... Prezident Pezeshkianın bu kritik məqamda Pakistan-İran dostluğuna və regional sülh naminə sıx əməkdaşlığa sadiqliyini dərindən qiymətləndirirəm”, - Pakistanın Baş naziri bildirib.
Onun sözlərinə görə, tərəflər Pakistan və İran arasındakı dərin və uzunmüddətli əlaqələri, eləcə də qarşılıqlı maraq doğuran bütün sahələrdə ikitərəfli əməkdaşlığı daha da gücləndirmək istəklərini bir daha təsdiqləyiblər.
Şərif və Pezeşkian həmçinin dəyişən regional vəziyyətlə bağlı mühüm fikir mübadiləsi aparıblar.
“Mən Pakistanın uzun sürən münaqişə ilə bağlı dərin narahatlığını bir daha ifadə etdim, gərginliyin azaldılmasına və ardıcıl diplomatiyaya ehtiyac olduğunu qeyd etdim. Biz əvvəlki kimi İslamabad Anlaşma Memorandumunun inkişafına sadiq qalırıq və regionda davamlı sülh və sabitliyin əldə olunmasında səmimi və konstruktiv rol oynamağa davam edəcəyik”, - Şahbaz Şərif qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top