
Amerikalı milyarder İlon Mask “Warner Bros.”u satın aldıqdan sonra “Paramount“a investor ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Semafor” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, “Paramount” “Warner Bros.” “Discovery” şirkətinin satın alınmasından sonra maliyyə vəziyyətini gücləndirmək məqsədilə yeni maliyyə mənbələri axtarır.
Vəziyyətlə tanış olan mənbələrə görə, şirkət rəhbərləri Maskın “Paramount” səhmdarlar sindikatına daxil edilməsi imkanlarını müzakirə ediblər.
Sahibkarın adı “Paramount” şirkətinin baş direktoru Devid Ellisonun sindikat üçün namizəd kimi nəzərdən keçirdiyi varlı şəxslər arasında çəkilib.
“Semafor”un sözlərinə görə, İlon Mask və Devid Ellisonun atası, “Oracle” şirkətinin təsisçisi Larri Ellison uzun müddətdir ki, yaxın münasibətdədirlər.
Qeyd olunur ki, “Paramount” şirkətinin “Warner Bros.” şirkətini satın almasını mümkün edən qismən böyük Ellisonun pulu və əlaqələri olub.
Larri Ellison şəxsən satın alma üçün 40 milyard dollardan çox maliyyələşdirmə təmin edib. O, həmçinin Maskın “X” (əvvəllər “Twitter”) şirkətini özəlləşdirmək üçün 2022-ci il müqaviləsinə 1 milyard dollar töhfə verib, 2018-ci ildə “Tesla” şirkətinə investisiya qoyub və uzun illər direktorlar şurasında fəaliyyət göstərib.
Buna baxmayaraq, Maskın potensial investisiyasının həcmi məlum deyil.
Tətbiqimizi yükləyə bilərsiniz