Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı


Xəzər dənizində təlimlər zamanı Qazaxıstan hərbçiləri arasında həlak olanların sayı 12-yə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstanın Manqistau vilayət administrasiyası rəsmi “Telegram” kanalında bildirib.
Vilayət administrasiyası bildirib ki, xilasedicilər həlak olan daha iki Qazaxıstan hərbşisinin cəsədini tapıblar.
“Yenilənmiş məlumata görə, döyüş təlimi tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin pisləşməsi və küləyin güclənməsi ilə əlaqədar 17 nəfəri dənizdə dalğa aparıb. Onlardan 12-si həlak olub, 3-ü xilas edilib. Qalan iki hərbçinin axtarışı davam edir”, - vilayət administrasiyası bildirib.
Administrasiyanın məlumatına görə, itkin düşmüş hərbçilərin axtarışının 24 saat fasiləsiz davam etməsi üçün bütün lazımi resurslar səfərbər edilib.

DİGƏR XƏBƏRLƏR

Top