“TikTok” Böyük Britaniyaya 15 milyon dollardan çox cərimə ödəyəcək


“TikTok” Böyük Britaniyanın İnformasiya Komissarlığı Ofisi (ICO) tərəfindən 2023-cü ildə tətbiq edilən 12,7 milyon funt sterlinq (16,8 milyon dollar) cəriməyə qarşı apellyasiya şikayətini geri götürüb.
Yeniavaz.com
xəbər verir ki, apelyasiya şikayətinin geri götürülməsi cərimənin ödənilməsi qərarının qüvvəyə minməsi deməkdir.
ICO bildirib ki, cərimə 13 yaşdan kiçik uşaqların şəxsi məlumatlarının emalı qaydalarının pozulmasına əsaslanıb.
ICO-ya görə, xidmətin qeydiyyatdan keçməsini qadağan edən qaydalarına baxmayaraq, 2020-ci ildə bu yaşda təxminən 1,75 milyon britaniyalı uşaq “TikTok”dan istifadə edib.
Böyük Britaniya qanunvericiliyinə görə, şirkətlər 13 yaşdan kiçik uşaqlara onlayn xidmətlər göstərərkən onların məlumatlarını emal etməzdən əvvəl valideynlərindən və ya qəyyumlarından razılıq almalıdırlar.
Qeyd edək ki, sentyabr ayında “TikTok”un qurucusu Çjan İmin hindistanlı sahibkar Qautam Adanini geridə qoyaraq, ilk dəfə Asiyanın ən varlı adamı olub.
Xatırladaq ki. “TikTok” qısa formatlı video paylaşma platformasıdır. Platforma 2017-ci ildə istifadəyə verilib. Platformanın beynəlxalq versiyası isə 2018-ci ilin avqust ayında təqdim edilib. Sosial şəbəkə “ByteDance” Çin texnologiya şirkətinə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top