“Çin və ABŞ bəşəriyyətin tərəqqisi üçün məsuliyyət daşıyır” – Si Cinpin


Çin və ABŞ bəşəriyyətin inkişafı və tərəqqisi üçün tarixi məsuliyyət daşıyır.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampla danışıqlardan əvvəl bildirib.
Si Cinpin qeyd edib ki, Pekin və Vaşinqton ünsiyyəti gücləndirməli, ortaq məxrəc tapmalı və fikir ayrılıqlarını kənara qoymalıdır.
“Çin və ABŞ-nin fərqli milli şərtləri var. Lakin səmimi, dərin və davamlı dialoq vasitəsilə ölkələrimiz bir-birini daha yaxşı başa düşə, ortaq məxrəc tapa, fikir ayrılıqlarını kənara qoya və qarşılıqlı etimadı gücləndirə bilərlər", - Çin Prezidenti bildirib.
O qeyd edib. ki, beynəlxalq ictimaiyyət Çin-Amerika əməkdaşlığını inkişaf etdirmədən bir çox problemləri həll edə bilməyəcək.
“Çin və ABŞ-nin maraqları bir-biri ilə sıx bağlıdır və əməkdaşlıq potensialı olduqca genişdir. Çin və ABŞ arasında əməkdaşlıq dünyanın bütün problemlərini həll edə bilməsə də, bu iki ölkə arasında əməkdaşlıq olmadan bir çox qlobal problemlərin həlli çətin olacaq”, - Çin Prezidenti qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top