Qazaxıstanda matəm elan edildi


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində hərbi qulluqçuların həlak olması ilə bağlı 25 sentyabrı milli matəm günü elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu gün Qazaxıstanda Xəzər dənizində döyüş təlimi zamanı hava şəraitinin kəskin pisləşməsi və küləyin güclənməsi ilə əlaqədar 19 hərbçini dalğa aparıb. Məlumata görə, onlardan 9-u həlak olub, 3-ü xilas edilib, digərlərinin axtarışları isə davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top