Fransa Ukraynaya qoşun göndərə bilər


Atəşkəs elan olunduqdan sonra Fransa qoşunlarını Ukraynaya göndərməyə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Europe 1” radiostansiyası məlumat yayıb.
Məlumata görə, fransız qoşunlarının göndərilməsi Kiyevə kömək göstərmək üçün “könüllülər koalisiyası”nın bir hissəsi kimi həyata keçirilə bilər.
Radiostansiyanın qeyd etdiyi kimi, plan Fransa qoşunlarını cəbhə xəttindən uzaqda və strateji baxımdan əhəmiyyətli ərazilərdə yerləşdirməkdir.
“Onların vəzifəsi Ukrayna ordusuna təlim keçmək, təchiz etmək və hər şeydən əvvəl yenidən qurmaq olacaq”, - deyə “Europe 1” qeyd edib.
Radiostansiyanın məlumatına görə, Fransa ilə yanaşı, “könüllülər koalisiyası”na daxil olan digər ölkələr də Ukraynaya qoşun göndərə bilər.
Bu ölkələrin göndərmək niyyətində olduğu dəqiq qoşun sayı hələlik məlum deyil, lakin radiostansiya onların bir neçə min olacağıını irəli sürür.

DİGƏR XƏBƏRLƏR

Top