ABŞ Polşadakı tanklarının bir hissəsini Baltika ölkələrində yerləşdirəcək

Polşada birgə hərbi təlimlərdə iştirak edən ABŞ tanklarınin dislokasiya yeri dəyişdiriləcək. "Yeniavaz.com"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, hərbi təlimlər başa çatandan sonra ABŞ-a məxsus tanklar Latviya, Litva və Estoniyada( Baltika ölkələri) yerləşdiriləcək. Bu barədə məlumat verən "The VVall Street" qəzeti Pribaltika ölkələrində yerləşdirilən tankların yaza kimi yeni dislokasiya yerində qalacağını yazıb. Bununla belə "The VVall Street" Latviya, Litva və Estoniyaya yerləşdiriləcək ABŞ tanklarının sayı barədə susmağa üstünlük verib. Xatırladaq ki, Polşada tank briqadasının yerləşdirilməsi barədə qərar ötən ilin iyul ayında Varşavada keçirilən NATO toplantısında qəbul edilib. Tank birqadasında xidmət edən hərbçilərin sayı 3,5 min nəfərdir. Briqada 87 Abrams tankına və 18 ədəd özü yeriyən 155 milli metrlik Paladin qaubitsasına malikdir.

DİGƏR XƏBƏRLƏR

Top