Banklar eyni kateqoriyaya aid ikinci kartın satışına qadağa qoyub – KİV


Azərbaycanda bir sıra bankların eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyduğu iddia edilir.
Yeniavaz.com
Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib.
Məlumata görə, bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır.
“Banklardan bəziləri bu məhdudiyyəti tətbiq etsə də, digərləri satışı oktyabrın 1-dən dayandıracaq.
Məsələn, vətəndaşın bir aktiv debet kartı varsa, bundan sonra o, eyni valyutada ikincini sifariş verə bilməyəcək.
Qeyd edək ki, fərqli valyutada bir vətəndaş ikinci debet kartı sifariş edə bilir”, - sayt yazır.

DİGƏR XƏBƏRLƏR

Top