
Qazax rayonu, Yuxarı Salahlı kəndində açıq ərazidə yanğın baş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 4 ha ərazidə kol-kos və biçilmiş taxıl sahəsi yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub”, - məlumatda deyilir.
Tətbiqimizi yükləyə bilərsiniz